"Keşlə" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov matçdan sonra CBC Sport kanalına çıqlama verib:
"Bəli, bir az arxayınlıq var idi. Rəqibimiz I Divizion komandası idi. Futbolçulara bildirmişdik ki, rəqib çox istəkli olacaq. Kubokda I Divizion klublarının mərhələ adlamaq şansı çox deyil. Futbolçularımız oyunun daha asan keçəcəyini gözləyirdilər. Amma matçın gedişatı bunu göstərmədi. Rəqib komanda ilk dəqiqələrdən prsssinq tətbiq etməyə başladı. "Qaradağ Lökbatan" çox hərəkətli komandadır. I Divizionda da ilk pillədədirlər. "Qaradağ Lökbatan" bizə çətin anlar yaşatdı. Bu gün yaxşı komandaya qarşı mübarizə apardıq. "Səbail"lə görüşdən sonra oyunçularımızda bir az psixoliji gərginlik var idi. Şükürlər olsun ki, qələbə qazandıq. Növbəti oyuna hazırlaşacağıq.
Bu gün az oynayan futbolçulara şans verdik. Onlar meydanda daha istəkli idilər, özlərini göstərməyə çalışdılar. Qarşıdakı matçlarda da onlara şans verəcəyimi gizlətməyim. Həqiqətən də yaxşı təsir bağışladılar.
Aldair Neto və İlkin Qırtımovun zədəsi var. Netonun zədəsi nisbətən ciddidir. Mikrozədəsi olan digər futbolçuları isə rəsk etməmək üçün 23 nəfərlik heyətə daxil etmədik. Netonun Premyer Liqada "Sumqayıt"la matçda da oynamayacağı da dəqiqdi. Digərləri isə "Sumqayıt"la oyuna hazırlaşacaqlar.
Bu gün gözləmədiyimiz təzyiqlə üzləşdik. Tez qol vurub futbolçuların daha az yorulmasını planlaşdırmışdıq. Lakin bu, alınmadı. Futbolçular meydanda daha çox qaçmalı oldular. Digər komandalarla müqayisədə biz Premyer Liqada daha tez oynayacağıq. Bərpa dönəminə ciddi yanaşmalıyıq. Bizi çətin Sumqayıt səfəri gözləyir. Təhlükəli zonadan çıxmaq üçün mütləq qalib gəlməliyik.
Qış planları haqda hələ qərar verməmişik. Bunu ilin son oyununa kimi saxlamışıq. Oturub rəhbəliklə müzakirə etməliyik. Müqaviləsi bitən, komandadan gedən futbolçularla, yeni transferlərlə bağlı müzakirələr etmək üçün vaxtımız olacaq. Necə olacağı qarşıdakı günlərdə bilinəcək".
saytlarin hazirlanmasi