Sənan Qurbanov: "Fasiləyə son sıralarda getmək istəmirdik"

21:13 - 15 Dekabr 2021

"Keşlə" Azərbaycan Premyer Liqasının 14-cu turu çərçivəsində səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov fikirlərini bildirib:

 

"Qış fasiləsinə gedirik. Bu, son matçımız idi. Bizim üçün çox vacib qarşılaşma idi. Fasiləyə son sıralarda getmək istəmirdik. Bunu futbolçular da yaxşı başa düşürdülər. Sumqayıt səfərinin çox çətin olacağını bilirdik. Düşündüyümüz kimi də oldu. 4 gün əvvəl kubok oyunu oynamışdıq. Digər komandalardan fərqli olaraq hazırlaşmağa vaxtımız az idi. Futbolçularımız həmin matçda da çox yorulmuşdular. Çalışdıq ki, 4 gün ərzində oyunçulara həm məşq keçək, həm də bərpa edək. Ən əsası odur ki, uşaqlar bu gün meydanda xarakter göstərdilər. İstirahətə yollanırıq. Ondan sonra yenidən çempionat oyunlarına hazırlaşacağıq".

Xəbər xətti