Futbol üzrə Azərbaycan milli komandasının və “Keşlə”nin müdafiəçisi Azər Salahlı əməliyyat olunub.
Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Azərin zədəsinin müayinəsindən sonra futbolçuda ikitərəfli qasıq yırtığı aşkar edilmişdi. Bununla əlaqədar Salahlı Türkiyədə – “Liv Hospital”da uğurla əməliyyat olunub.
Hazırda özünü yaxşı hiss edən futbolçu iki gündən sonra vətənə qayıdacaq.
Bir neçə gün öncə “Qarabağ”ın qapıçıları – Emil Balayevlə Şahruddin Məhəmmədəliyev də əməliyyat keçiriblər.
saytlarin hazirlanmasi