"Keşlə"Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Matç haqda fikriniz necədi?
- Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Amma ilk hissədə istədiyimiz futbolu sərgiləyə bilmədik, çox toplar itirdik. Planları yerinə yetirmədikdə futbolçular da aqressivləşirdi. Epizodlara baxmaq lazımdı. 10 nəfərlə qaldıqdan sonra daha çox müdafiəyəni fikirləşməli olursan. 60-cı dəqiqədən sonra riskə yol verdik, daha çox topa nəzarət etmək istəyirdik. Qarşıda ciddi oyunumuz var.
- Gedənlərin yerini doldurmaq gec olacaqdısa, niyə o qədər futbolçunu göndərdiz?
- Çox futbolçu getdi. Çalışdıq ki, transferlər edək. Natah Oduva hazırda oynamaq durumunda deyil. Əlimizdə olan materiallar budu. Bundan da maksimum dərəcədə istifadə etməyə çalışacağıq.
- Zəif çıxışın səbəbi Bakıdakı toplanışdı?
- Biz də istəyirdik ki, xaricdə keçək toplanışı. Mövcud vəziyyətə görə burada keçdik. Bəhanə axtarmayacam. Toplanışda çalışdıq ki, fiziki durumu, taktiki durumu düzəldək. Məyus olduğum məqam o oldu ki, qol imkanları yarada bilmədik. Oyunlar çoxdu.
- Martdan Şamaxıda oynayacaqsınız. Hər hansı dəyişiklik olacaq?
- Martdan artıq Şamaxını təmsil edəcəyik. İstəyirik həmin dönəmdə də azarkeş ordusu olsun, dəstək olsun. Marta qədər oyunlar olacaq ki, komandamız optimal formasını yığa bilsin. Çalışacağıq ki, bizə bəslənilən ümidləri doğruldaq.
saytlarin hazirlanmasi