Millimizin keçmiş futbolçuları karyeralarını bitirdi

14:45 - 9 Aprel 2022

Azərbaycan milli komandasının keçmiş üzvləri Rail Məliov və Ruslan Əmircanov peşəkar karyeralarını başa vurublar.

 

Sportal.az xəbər verir ki, hazırda "Şamaxı"da çıxış edən müdafiəçilər Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunundan əvvəl futbolla vidalaşıblar. Matçdan əvvəl "Şamaxı"nın prezidenti Zaur Axundov hər iki oyunçuya xatirə forması təqdim edib.

 

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Şamaxı" - "Neftçi" matçında meydan sahibləri hesabda 1:0 öndədir.

Xəbər xətti