Sənan Qurbanov istefa verdi: "Qalmağım düzgün deyil"

21:43 - 15 Aprel 2022

"Şamaxı" Azərbaycan Premyer Liqasının XXIII turunun oyununda səfərdə "Qarabağ"a 0:8 hesabı ilə məğlub olub. 

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Sənan Qurbanov istefa verdiyini bildirib: 

 

- Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda "Şamaxı"ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil.

 

- Düşünmürsüz ki, bu məğlubiyyət sizin getməyiniz üçün idi?

- Futboldur. Hər şey ola bilər. Ağır məğlubiyyətdən sonra indi bu başla nəyisə müzakirə etmək istəmirəm. Artıq gerisi mənim üçün maraqsızdır. Futbolçular bu gün meydanda mübarizə aparmadılar. Mən belə şeyi qəbul edə bilmirəm. Rəhbərliklə də danışdım, belə məsləhət görüldü ki, postumdan gedim. 


- İstefanız müzakirə olunacaq, yoxsa artıq qəbul olundu?

- Xeyr. Artıq danışdıq. 


- Ötən tur komandanız "Neftçi"yə qarşı yaxşı mübarizə apardı. Bu gün niyə belə nəticə qeydə alındı?

- Oyuna itkilərlə çıxmışdıq. Elə də geniş həyətimiz yox idi. "Qarabağ"ın qarşısında mübarizə aparmayanda belə məğlubiyyətlə qarşılaşırsan. "Qarabağ" güclüdür. Amma belə məğlubiyyət klub tərəfindən də qəbuledilməzdir.

 

Elçin Əlixan

Xəbər xətti