"Azərbaycanda kiçikdən böyüyə hamı futboldan danışmağı xoşlayır"

14:58 - 2 İyul 2022

"Keşlə"nin (indiki "Şamaxı") sabiq futbolçusu Miyuşko Boyoviç Avropa Konfrans Liqasında "Qəbələ"nin rəqibi olan "Fehervar"ın rəsmi saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, monteneqrolu müdafiəçi Macarıstan və Azərbaycan futbolunu müqayisə edib:

 

“Keşlə” təmsilçiləri məni "Uypeşt"də çıxş edərkən “Neftçi”yə qarşı oyunda şəxsən gördülər. Ona görə də mənə müqavilə təklif etdilər və növbəti iki il yarımı Azərbaycanda keçirdim.

 

Macarıstanda Azərbaycandan çox peşəkar klublar var, amma orada futbol çox populyardır. Azərbaycan Premyer Liqasında eyni vaxtda maksimum legioner meydana çıxa bilər. Macarıstanda infrastruktur daha yaxşıdır, oyun tərzində böyük fərq deyə bilmərəm. Azərbaycanda kiçikdən böyüyə hamı futboldan danışmağı xoşlayır, xüsusən də milli komanda. Klubların tamaşaçı sayı o qədər də çox deyil. Oyunlara təxminən 1500-2000 civarında azarkeş gəlir.

 

Yeri gəlmişkən, Azərbaycanda karate və güləş idmanı hələ də populyardır. Ailəmlə orada yaşamağı sevirdik. Paytaxt Bakıda oynamışam, böyük şəhərdir, çox gözəl xatirələrim var. Azərbaycan xalqı əcnəbilərə qarşı çox mehribandır, orada özümüzü yaxşı hiss edirik".

 

33 yaşı futbolçu "Qəbələ" haqda da danışıb. O, "Qırmızı-qaralar"ın yaxşı mövsüm keçirdiyini deyib:

 

“Qəbələ” Bakıda oynamayan yeganə top-komandadır. Klubun özünün avrokuboklarda əhəmiyyətli təcrübəsi var. Onlar əvvəllər Avropa Liqasının qrup mərhələsində oynayıblar, amma indiki heyət və oyunçular o zaman yox idi. "Qəbələ"nin bəzi zəif mövsümləri oldu, lakin keçən mövsüm çox yaxşı çıxış etdilər, mövsüm ərzində oynadılar. Onlar keyfiyyətli oyunçuları transfer edirlər. Komandanın braziliyalı mərkəz müdafiəçisi, alban yarımmüdafiəçisi və iki braziliyalı hücumçusu mənim fikrimcə seçilir”.

 

Qeyd edək ki, Miyuşko Boyoviç 2019-2022-ci illərdə "Şamaxı"da çıxış edib.

Xəbər xətti