"Şamaxı" Antalya toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
"Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşani” komandasına qarşı keçirirdi. 18:30-da start götürən oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.
68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 hesabı ilə məğlub olurdu.