"Şamaxı"nın yeni futbolçuları seçim etdilər

16:11 - 16 Yanvar 2023

“Şamaxı”nın yeni transferləri nömrə seçimini ediblər.

 

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Emin Zamanov bu komandada 15, Zahid Mərdanov 80, Əli Səmədov isə 90 nömrəli formanı geyinəcək.

 

Xatırladaq ki, Zamanov “Şamaxı”ya bu qış “Sabah”dan, Mərdanovla Səmədov isə “Kəpəz”dən gəlib.

Xəbər xətti