"Şamaxı"nın hücumçusu məşqlərə başladı, 2 futbolçu "Sabah"a qarşı oynamayacaq

14:14 - 21 Fevral 2023

"Kəpəz"lə matçda (2:3) zədələnən "Şamaxı"nın futbolçusu Kamran Quliyevin durumu bəlli olub.

 

Bölgə klubunun mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, 23 yaşlı hücumçunun durumu yaxşıdır. O, hazırda komanda ilə birlikdə məşq edir. Quliyev Premyer Liqanın 24-cü turunun "Sabah"la oyununda meydana çıxa biləcək.

 

19-cu turun "Səbail"lə görüşündə zədələnən Arsen Ağcabəyov uzun müddətə sıradan çıxıb. Yarımmüdafiəçi Bahadur Həziyev isə sarı vərəqə limitini doldurduğuna görə "Sabah"a qarşı oynamayacaq.

 

Qeyd edək ki, "Şamaxı" - "Sabah" qarşılaşması 25 fevral tarixində saat 14:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.

Xəbər xətti