"Şamaxı"nın hücumçusu əməliyyat olunacaq

15:51 - 11 Mart 2023

"Şamaxı" Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi bu matça bir itki ilə çıxacaq. Hücumçu Emil Qasımov zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Əzələsində yırtıq olan 22 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, "Şamaxı" - "Neftçi" qarşılaşması sabah saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Xəbər xətti