"Mənim üçün "Qəbələ" akedimiyasının inkişafında zəhmətimin olması çox xoşdur. "Qəbələ" Azərbaycanda uşaq futboluna ən çox töhfə verən klubdur. Bu akademiyanın yetirmələrini Premyer Liqanın bütün klublarında görmək olar. Uşaq futbolunun inkişafına dəstək olmağı düşündük. Ümid edirəm ki, akademiya uzun illər fəaliyət göstərəcək".
Sportal.az xəbər verir ki, bu sözləri "Euro Clima"nın təsisçisi Aslan Abdullayev deyib. O, bu gün "Qəbələ" ilə imzalanmış əməkdaşlıq müqaviləsi üçün keçirilən tədbirdə deyib. Şirkətin təsisçisi jurnalistlərin suallarını cavablandırıb.
- Niyə məhz akademiyanı seçdiz?
- Çünki, “Qəbələ” yarandığı vaxtdan fundamental iş görür, uşaq futboluna diqqət ayırır. Mən şəxs olaraq bunu çox bəyəndim. Klubun doğru yolda olduğunu görürük.
- Azərbaycan futbolunda çox sponsorlar olub. Futbolda gəlir yoxdur deyə, onlar bir müddət sonra futboldan uzaqlaşırlar. Siz də eyni addımı atmayacaqsız ki?
- Xeyr. Buna sosial layihə kimi baxırıq. Ümid edirəm ki, bura az da olsa, yardımım olacaq.
- Əməkdaşlıqda gələcəkdə əsas komandaya dəstək olmaq nəzərdə tutulub?
- Arzu edək ki, olsun. Tək mən yox, ölkədəki bütün iş adamlarını futbola dəstək olmağa dəvət edirəm. Hamımız əl-ələ verib çalışmalıyıq.
- Uşaq futboluna dəstək olan ilk iş adamlarındansız. Şirkətiniz isə isitmə-soyutma sistemləri qurur. Bu əməkdaşlıq futbolumuza "isitmə" gətirəcək, yoxsa "soyutma"?
- Arzu edərdim ki, xoş nümunə olum. Təbii ki, bu da "isitmə" baxımından xeyir verər. Hərə öz gücü daxilində idmana dəstək olsa, yaxşıdır.
- "Turan Tovuz"la "Huner Group" arasında imzalanan tərəfdaşlıq sizə stimul verdi?
- Bəlkə də stimul oldu. Biz Ehtiram Quliyevlə tanışıq. Onun fəaliyyəti tam başqadır. Biz uşaq futbolunu seçdik. Düşündük ki, burada daha çox fayda verə bilərik
Elçin Əlixan
saytlarin hazirlanmasi