AFFA "Kəpəz"i pulsuz qoydu, maaşlar verilmədi

17:36 - 22 Mart 2023

Dövlətin klublara ayırdığı maliyyənin AFFA tərəfindən fevral ayı üzrə ödəmələri edilsə də, "Kəpəz" pul almayıb. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, bütün klublar müvafiq qrafik üzrə aylıq ödənişləri alıblar. Maraqlıdır ki, yalnız "Kəpəz"ə pul verilməyib. 

Mövzu ilə əlaqədar "Kəpəz"in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Azad bəy gecikməyə səbəb bayram günlərinin olduğunu, qarşıdakı iş günlərində maaşların veriləcəyini dedi.

Xəbər xətti