"Neftçi" və "Turan Tovuz"un qapısını qorumuş veteran: "Bu komanda bir az daha şanslıdır"

12:29 - 19 Aprel 2023

"Neftçi" və "Turan Tovuz"un qapısını qorumuş Hüseyn Məhəmmədov Sportal.az saytına açıqlama verib. 

Veteran qolkiper Azərbaycan kubokunun yarımfinal mərhələsində qarşılaşacaq iki komandanın şanslarını dəyərləndirib. O, hansı tərəfin finala adlayacağını ehtimal edib:

"Neftçi" artıq avrokuboklara vəsiqəni təmin edib. Yəqin ki, mövsümün sonuna qədər "üçlük"dən kənarda qalmayacaq. "Turan Tovuz"a gəldikdə isə, onların Konfrans Liqasına yollanması kubokdan asılı olacaq. Bu mənada, çətin oyun olacağı dəqiqdir. "Turan Tovuz" bu mövsüm avrokuboklara vəsiqə də qazansa, səs-küylü nəticə olardı. "Neftçi" hər zaman titullar üçün oynayıb. Bu mövsüm də belə olacaq. Tovuzdakı matç gərgin keçəcək. Hər iki komanda son turlardakı uğursuz nəticələri finala vəsiqə qazanmaqla unutdurmaq istəyəcək. "Neftçi" bir az daha şanslıdır. Amma "Turan Tovuz"un da finala çıxmaq şansı var. Hər iki komanda üçün məsuliyyətli matçdır. Azarkeş dəstəyi də olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Həm "Neftçi", həm də "Turan Tovuz" mənim üçün əziz komandalardır. Onlara gələcəkdə uğurlar arzulayıram".

Mirbağırağa

 

Xəbər xətti