Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, 1/2 finalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015/16 və 2016/17) eyni sayda qol vurulub. Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqlənib.
“Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994/95 mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.
saytlarin hazirlanmasi