"Şamaxı" Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Şirvan bölgəsi təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:
- Ötən dövrənin yüksəlişdə olan komandasına qarşı oynayırdıq. Rəqibin heyətində yaxşı futbolçular var. "Kəpəz"in sürətli, texnikalı oyunçularına qarşı layiqincə mübarizə apardıq. Təəssüf ki, qalib gələ bilmədik. Amma qələbəyə yaxın idik. Futbolçularımıza təşəkkürümüzü bildiririk. Sona qədər mübarizə aparacağıq ki, gənc, istedadlı gənclərimizi Premyer Liqada saxlayaq. Azarkeşlərimiz də oyuna gəlmişdi. Onlara təşəkkür edirəm. Ev oyunlarında bizi tək qoymasınlar, sayları çox olsun. Çünki komandamız Premyer Liqada qalmağa layiqdir.
- Elvin Məmmədov bilərəkdən ikinci yarıda meydana buraxdınız?
- Bəli. Amil və Kamranın da ikinci hissədə meydana buraxılması sırf taktiki gediş idi. Plan baş tutdu. Bu gün "Şamaxı" qələbəyə layiq idi. İki xal itirdiyimizi düşünürəm.
- Evdəki "Sumqayıt" və "Kəpəz"ə qarşı oyunlarda qalib gələ bilmədiz. İşiniz daha da çətinləşdi?
- Bəli, altı xallıq oyunlar idi. Amma bir xal da pis deyil. Planımız baş tuturdu. Sadəcə epizodlardan yararlana bilmirik.
"Səbail" "Neftçi" ilə oynayacaq. "Ağ-qaralar"ın oyuna ikinci heyətlə çıxacağı gözlənilir. Bu, sizi narahat etmir?
- Xeyr, narahat etmir. Sona qədər mübarizə aparacağıq.
Mirbağırağa
saytlarin hazirlanmasi