"Şamaxı"nın futbolçusu Nihad Quliyev Sportal.az saytına açıqlama verib.
21 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXXI turunun "Kəpəz"lə matçını (1:1) dəyərləndirib. Gənc oyunçu əllərinə düşən fürsətləri dəyərləndirə bilmədiklərini deyib:
"Ağır oyun idi. Ancaq 3 xala köklənmişdik. Meydana qələbə üçün çıxmışdıq. Amma olmadı. Əlimizə düşən epizodları dəyərləndirə bilmədik. Buna baxmayaraq yaxşı oynadıq. Təəssüf ki, 1 xalla kifayətləndik. Növbəti oyunlarda qələbə qazanmaq üçün çalışacağıq".
Müqavilə ilə "Qarabağ"a məxsus olan Nihad Quliyev gələcəyi ilə bağlı hələ konkret qərarın olmadığını bildirib:
"Bu barədə hələ ki, tam məlumat yoxdur. Heç özüm də bilmirəm. Danışıqlar gedir, ortada konkret bir şey yoxdur. Yaxın günlərdə bilinəcək".
Elçin Əlixan
saytlarin hazirlanmasi