Azərbaycan Kuboku: Yarımfinalın cavab matçlarına təyinatlar açıqlandı

11:15 - 26 Aprel 2023

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab oyunlarının təyinatları məlumdur.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən təyinatları diqqətinizə çatdırır:

26 aprel (çərşənbə)

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”, 20:00

27 aprel (cümə axşamı)

“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”, 20:00

Xəbər xətti