Finalda təkrarlanan 5-ci cüt

10:38 - 28 Aprel 2023

Azərbaycan kubokunun finalçıları bəlli olub. İyunun 3-də “Bakcell Arena”da keçiriləcək oyunda “Neftçi” və “Qəbələ” qarşılaşacaq.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, komandalar arasında ikinci final olacaq. 2013/14 mövsümündə də rəqiblər həlledici qarşılaşmada üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan 9 il əvvəlki matçın penaltilər seriyasında bakılılar üstün olub – 3:2.

Bu, ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan 5-ci cüt olacaq. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib.

Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz”  “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2) mövsümlərində üstələyib.

Xəbər xətti