AFFA "Neftçi"ni 12 min manat cərimələdi

16:40 - 3 May 2023

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

26.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 49.6);

“Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanır, klubu 4000 manat cərimə edilir (maddə 41.4);

27.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Adil Nağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun 3 futbolçusu qırmızı vərəqə aldığına görə “Səbail” klubu 4800 manat cərimə edilir (maddə 40);

“Səbail” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Səbail” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar əşyalar atıldığına görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Səbail” – “Qəbələ” oyununda matçın rəsmi şəxslərinin ünvanına “Səbail” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Səbail” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 39);

Xəbər xətti