"Şamaxı" Azərbaycan Premyer Liqasının 33-cü turunda doğma meydanda "Zirə"yə 0:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:
- Oyun hər iki komanda üçün önəmli idi. "Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də Premyer Liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq. Çətin olsa da, toparlanıb yolumuza davam edəcəyik.
- Bu məğlubiyyət komandaya necə təsir edəcək?
- Oyunlar azaldıqca gərginlik artır. Belə məqamlar komandaya pis təsir edir. Amma biz məqşçilər peşəkarıq, komandanı toparlayacağıq. Hələ heç nə bitməyib.
- Bahadur Həziyevin start heyətdə meydana çıxmamasının səbəbi nə idi?
- Taktikaya və məqşlərdəki performasnsa görə heyət qururuq. Bahadurun mikrozədəsi idi. Buna görə də risk etmədik.
- Sizcə, Amil Yunanov 90 dəqiqə oynamağa hazır idi?
- Bəli, hazır idi. Məğlub durumda olarkən hücumçunu meydandan çıxarıb, yerinə yarımmüdafiəçi buraxa bilməzdik. Ehtiyat oyunçular skamyamızı gördünüz.
Elçin Əlixan
saytlarin hazirlanmasi