"Borussiya" 34 yaşlı futbolçunu komandada saxladı

22:12 - 24 May 2023

“Borussiya” aparıcı futbolçusu Mats Hummelslə müqavilə müddətini artırıb.

Sportal.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi təcrübəli müdafiəçi ilə yeni müqavilədə razılıq əldə edib.

34 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2023/24 mövsümündə də “Borussiya”da oynayacaq. Hummels karyerası ərzində “Bavariya” və “Borussiya” klublarının formasını geyinib.

Xəbər xətti