Premyer Liqanı ikinci pillədə başa vuran "Sabah"da ilk ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, müdafiəçi Abdullaye Ba Masazır təmsilçisini tərk edib. 32 yaşlı futbolçunun müqaviləsinin müddəti uzadılmayıb. Seneqallı mərkəz müdafiəçisi bu barədə instaqram hesabında paylaşım edib.
"Sabah"la müqaviləmin müddəti başa çatıb. Bu komandada oynamaq çox özəl idi. Xüsusi təcrübə oldu. Evdəymişəm kimi, hər oyunda vacib olduğumu hiss etdirdiniz, azarkeşlər böyük dəstək verdi. Kluba təşəkkür edirəm, hər birinizdən öyrəndiklərim oldu. Hər zaman qəlbimdə olacaqsınız".
Qeyd edək ki, "sabah" Abdullaye Banı mövsümün əvvəlində transfer etmişdi. Təcrübəli arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi