Bu həftə keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə 2022/23 mövsümünə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, həlledici qarşılaşmada “Neftçi” və “Qəbələ” üz-üzə gələcək.
Peşəkar Futbol Liqası bu cütün ölkə kubokundakı oyunlarının balansını açıqlayıb.
Azərbaycan Kuboku
Final
3 iyun
“Neftçi” – “Qəbələ” – 5 oyun, +1=3-1, top fərqi – 6-7
İndiyədək komandaların yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib. Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ keçib.
2013/14 final Qəbələ – Neftçi (Bakı) 1:1, p. 2:3
2015/16 1/2 final Neftçi (Bakı) – Qəbələ 1:1, 1:1, p. 4:3
2017/18 1/2 final Qəbələ – Neftçi (Bakı) 1:2, 3:1