"İngiltərədə hər şey fərqlidir"

19:17 - 3 İyun 2023

"Mançester Yunayted"in yarımmüdafiəçisi, daha əvvəl "Real"da çıxış etmiş Kasemiro İngiltərə və İspaniya çempionatlarını müqayisə edib.

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, braziliyalı Premyer Liqanın daha üst səviyyədə olduğunu deyib:

"İngiltərədə hər şey fərqlidir, daha açıq oyun gedir, müdafiədən hücuma və əksinə daha tez-tez hərəkət etməlisən. İspaniyada tiki-taka daha tez-tez istifadə olunur. Ancaq ən vacib şey uyğunlaşa bilmək və mümkün qədər bunu tez etməkdir. Çünki Premyer Liqaya uyğunlaşmadınsa, çətin olur".

31 yaşlı futbolçu 2022-ci ilin yayında "Real”dan "Mançester Yunayted"ə keçib. Premyer Liqada 28 oyun keçirən braziliyalı yarımmüdafiəçi 4 qol vurub və 3 məhsuldar ötürmə edib. İngiltərədəki ilk mövsümündə "Mançester Yunayted" turnirin finalında "Mançester Siti"ni məğlub etsə, Kazemiro ölkə kubokunu qazana bilər.

Xəbər xətti