Azərbaycan Kubokunun 28 finalında 475 futbolçu iştirak edib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, onlardan dördü daha çox – 6 belə matçda meydana çıxıb. Rekordçular Mahmud Qurbanov, Denis Silva, Müşfiq Hüseynov və Cavid Hüseynovdur. Dörd futbolçu isə 5 finalda şans qazanıb. Maksim Medvedev, Rahid Əmirquliyev, Kamran Ağayev və Alim Qurbanov buna nail olan oyunçulardır.
İndiyədək 267 futbolçu finalda qalib olub. Mahmud Qurbanov və Maksim Medvedev rekordçulardır. Onlar hərəyə 5 dəfə finalda kubok qazanıb. Rəşad Sadıqov, Qara Qarayev, Denis Silva, Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyevin 4 belə uğuru var.
saytlarin hazirlanmasi