AFFA "Neftçi"ni 5600 manat cərimələdi

12:59 - 6 İyun 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda verilmiş qərarları açıqlanıb:

03.06.2023-cü il tarixində Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

03.06.2023-cü il tarixində Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

Xəbər xətti