"Şamaxı"nın hücumçusu Amil Yunanov Sportal.az saytına açıqlama verib.
30 yaşlı forvard Premyer Liqada başa çatan mövsümü dəyərləndirib. O, komandanın yaxşı mübarizə apardığını bildirib:
"Mövsümü sonuncu pillədə bitirmək həqiqətən də üzücüdür. İstəməzdik ki, belə olsun. Komanda olaraq əlimizdən gələni etdik. Amma qismət belə imiş. Önümüzə baxmalıyıq. Ümumi olaraq çox yaxşı mübarizə apardıq, yaxşı oyunlarımız oldu. Amma matçlarda təcrübəsizlik öz sözünü deyirdi. İlk dəfə Premyer Liqada iştirak edən futbolçular üçün yaxşı təcrübə oldu".
Yunanov gələcəyi ilə bağlı da danışıb. Adı "Səbail"lə hallanan təcrübəli futbolçu yaxın günlərdə qərarını verəcəyini bildirib:
"Hələ tam qərar verməmişəm. Qərarımı yaxın günlərdə verəcəyəm. Bəli, təkliflər var. "Səbail" mənə yad komanda deyil. Qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək. Xeyirlisi nədirsə, o da olsun. "Səbail"lə bağlı rəsmi heç nə yoxdur. Bir həftə ərzində dəqiq bilinəcək".
Elçin Əlixan
saytlarin hazirlanmasi