"Sabah"ın yeni transferi nə vaxt debüt edəcək? - Klubdan açıqlama

12:49 - 25 Sentyabr 2023

"Sabah"ın yay "transfer pəncərəsi" zamanı heyətinə qatdığı sonuncu futbolçu İşak Belfodil oldu. Əlcəzair millisinin forvardı hələ ki, Azərbaycan Premyer Liqasında debüt etməyib. Amma onun adı çempionat görüşləri üçün sifariş olunub. Bununla yanaşı, o, Masazır klubunun məşqlərinə də qoşulub. Forvardın "Sabah"ın heyətində nə vaxt debüt edəcəyi isə bəlli deyil.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportal.az saytına açıqlamasında Belfodilin durumu haqda məlumat verib:

"İshak Belfodil çempionat matçları üçün sifariş olunub. Komandanın məşqlərində iştirak edir. Sadəcə, əvvəlki formasını bərpa etmək üçün bir qədər vaxta ehtiyacı var. Son oyunda kənarda qalması məşqçilərin qərarı idi".

Qeyd edək ki, "Sabah" əlcəzairli hücumçu ilə 2+1 illik müqavilə bağlayıb. 31 yaşlı futbolçu karyerası ərzində “Lion”, “Bolonya”, “Parma”, “İnter”, “Livorno”, “Baniyas”, “Standart”(Liej), “Verder”, “Hoffenhaym”, “Herta”, “Əl-Qarafa” klublarının formasını geyinib.
 

Xəbər xətti