"Hatayspor"un azərbaycanlı hücumçususu Renat Dadaşov Türkiyə Superliqasının 12-ci turunda "Qalatasaray" üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Sportal.az xəbər verir ki, "TRT"yə açıqlama verən Renat matçla bağlı bunları deyib:
"Vacib qələbə qazandıq. Onun əsas memarı baş məşqçimiz Volkan Demireldir. Qələbəmizi ona həsr edirik. Bizə dediyi hər şeyi meydanda etdik. Mersini bəyənirəm və burada olmaqdan şadam. Gözəl şəhərdir. Bizim yaxşı bazamız var. Bizdən əvvəl “Bavariya” ilə oynamış “Qalatasaray”ı məğlub etmək xoşdur".
Qeyd edək ki, "Hatayspor" 17 xalla turnir cədvəlində 9-cu pillədədir.
saytlarin hazirlanmasi