"Çelsi"nin müdafiəçisi Tiaqo Silva Premyer Liqanın 12-ci turunda "Mançester Siti" ilə matçda komandasının qollarından birini vurub.
Sportal.az xəbər verir ki, braziliyalı İngiltərə Premyer Liqasında 39 yaşdan yuxarı çempionatda qol vuran dördüncü futbolçu kimi tarixə keçib.
Əvvəllər bunu yalnız Teddi Şeringem, Rayan Qiqqz və Din Uindassu edə bilmişdi.
Qeyd edək ki, "Çelsi" "Mançester Siti" ilə 4:4 hesablı bərabərə qalıb.