Azərbaycanlı hakim Gürcüstanın oyununa dəvət aldı

16:32 - 13 Noyabr 2023

FİFA referisi Rauf Cabarov təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 16-da keçiriləcək Şimali Makedoniya – Gürcüstan qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Müslüm Əliyev kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Xəbər xətti