"Qarabağ"ın qolkiperi "Molde"yə qarşı oynayacaq?

16:48 - 13 Noyabr 2023

"Qarabağ"ın qapıçısı Andrey Lunev Avropa Liqasının H qrupunun 4-cü turunda “Bayer”ə qarşı Bakıda keçirilən görüşdə (0:1) aldığı zədədən sonra bərpasını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, artıq bu həftənin sonunda 32 yaşlı qapıçı fərdi proqrama uyğun məşqlərə başlayacaq.

Əgər hər şey həkimlərin planlaşdırdığı kimi gedərsə, rusiyalı qolkiperin “Molde” ilə görüşdə meydana çıxmaq şansı yaranacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" noyabrın 30-da Norveçdə "Molde" ilə qarşılaşacaq. 

Xəbər xətti