"Milan"ın sabiq futbolçusu ABŞ-da işləyəcək

09:34 - 14 Noyabr 2023

“Milan”ın keçmiş futbolçusu Antonio Noçerino ABŞ-da işləyəcək.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, italiyalı “Mayami”nin ikinci komandasının baş məşqçisi olacaq.

Bu həftə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

“Mayami”nin ikinci komandası USL-də çıxış edir. Bu isə ABŞ futbol sistemində ikinci ən vacib liqa hesab edilir.

İtaliya millisinin 38 yaşlı veteran futbolçusu "Yuventus", "Cenoa", "Palermo", "Vest Hem", "Parma", "Torino", "Orlando Siti" klublarında oynayıb.

Xəbər xətti