“Səbail”in portuqaliyalı yarımmüdafiəçisi Pedro Nuno instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 13-cü turundakı “Qarabağ”la (1:3) matç haqda bunları yazıb:
"İstədiyimiz nəticə bu deyildi. Bununla belə, komanda böyük xarakterini bir daha nümayiş etdirdi. Növbəti qolumu vurduğum üçün şadam. Daha çoxu üçün irəli, “Səbail”.
Qeyd edək ki, “Səbail” 21 xalla dördüncü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi