"Napoli"nin rəhbəri Aurelio De Laurentis komandanın baş məşqçi postuna iki namizədlə dialoq aparıb.
Sportal.az “Sky Spor”a istinadən xəbər verir ki, klub prezidenti növbəti dəfə "Yuventus"un keçmiş baş məşqçisi Antonio Konte ilə görüşüb və onu tərəfdaşlığın dəyərinə inandırmağa çalışıb.
Lakin təcrübəli mütəxəssis mövsüm ərzində hansısa komandaya rəhbərlik etmək istəmədiyini qarşı tərəfə bildirib. Neapol təmsilçisini çalışdırmağa əsas namizəd isə “Marsel” və "Qalatasaray"ın keçmiş baş məşqçisi İqor Tudordur. De Laurentis onunla Romada yerləşən media şirkətinin ofisində görüşüb.
Qeyd edək ki, İtaliya çempionunu yaydan bu yana Rudi Qarsiya çalışdırır. Yaxın günlərdə onun tutduğu postdan istefaya göndəriləcəyi gözlənilir.
saytlarin hazirlanmasi