“Palmeyras”ın braziliyalı yarımmüdafiəçisi Artur karyerasını "Zenit"də davam etdirə bilər.
Sportal.az “E Gool”a istinadən xəbər verir ki, Sankt-Peterbuq təmsilçisi 25 yaşlı vinger üçün 12 milyon avro təklif edib.Bununla belə, “Palmeyras” Arturu cəmi 20 milyon avro qarşılığında Rusiyaya buraxmağa hazırdır.
Braziliyalı karyerası ərzində “Novorizontino”, “Londrino”, “Bahia” və “Braqantino”da oynayıb.
saytlarin hazirlanmasi