Andrey Lunyov: "Beynimdə artıq futbolla vidalaşmışdım"

14:36 - 14 Noyabr 2023

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının H qrupunun IV turunda “Bayerə qarşı Bakıda keçirilmiş oyundakı (0:1) aldığı zədədən ətraflı danışıb.

Sportal.az xəbər verir ki, “Матч ТВ”yə danışan rusiyalı qapıçı millidən kənarda qalmasından söhbət açıb: 

- Zədə aldığınız anda çox qorxdunuz?
- Düzünü desəm, beynimdə artıq futbolla vidalaşmışdım. Başa düşdüm ki, altı aydan, bir ildən bir ağır zədə alsan, çətin olacaq. Burada isə dizimdən zədələndim. Ancaq həmin vəziyyətdə bu, baş verə biləcək ən yaxşısı idi.

- Milli komandaya gedə bilməyəcəyiniz üçün çox üzgünsüz?
- Bu vəziyyətdə həkimlərin mənə dediklərinə şadam. Aydındır ki, həmişə milli komandada oynamaq istəyirsən. Hər halda, əsas məsələ sağlam qalmaqdır. Özümü sübut edərək, yenidən milliyə dəvət olunmaq lazımdır.

Xəbər xətti