21 yaşlılardan ibarət yığma komandamızın və “Şamaxı”nın forvardı Qurban Səfərov Premyer Liqa klublarının diqqət mərkəzinə düşə bilib.
Sportal.az saytına verilən məlumata görə, 19 yaşlı forvardı "Səbail" heyətinə qatmağı planlaşdırır.
Bayıl təmsilçisi mövsümün sonunda perspektivli futbolçunu transfer etmək istəyir.
Bu klubla yanaşı, "Qəbələ" də Səfərovun xidmətində maraqlıdır. Mövsümün sonunda Qurbanın bu iki komandadan birinə keçəcəyi, yoxsa "Şamaxı"nın heyətində qalacağı hələ ki, bilinmir.
Məsələ burasındadır ki, onun hazırkı komandası Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır. Bölgə klubu yüksək liqaya vəsiqə qazanarsa, o, komandasında da qala bilər.