"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem Avropanın 21 yaşadək ən yaxşı gənc futbolçusu mükafatına sahib çıxıb.
Sportal.az xəbər verir ki, mükafat “Tuttosport” nəşri tərəfindən verilir.
Bundan əvvəl ingilis futbolçu dünyanın ən yaxşı gənc futbolçusu mükafatını qazanmışdı.
Bellinqem 2023-cü il iyulun 1-də 120 milyon avro qarşılığında "Borussiya"dan "Real"a keçib.