"Zenit"in hücumçusu Vilson İzidor “Neftçi”yə qarşı bu gün Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Matç TV"yə danışan braziliyalı forvard paytaxtımızdakı görüşün onun üçün vacib olduğunu deyib:
"Mən heç vaxt Bakıda olmamışam. "Neftçi"yə qarşı oyun şəxsən mənim üçün çox vacibdir. Çünki həmin görüşdən sonra Sankt-Peterburqa qayıdıb çempionatda qalib gəlmək üçün matç praktikası əldə edəcəm, özümə inamı qaytaracam, mümkün qədər də növbəti rəsmi oyunlara hazırlaşacam".
- Bu, qeyri-rəsmi görüşdür. Bu səfəri bir növ yeni macəra hesab edirsiniz?
- Bilirsiniz, növbəti matçı hansı komanda ilə və necə harada oynamağımızın heç bir əhəmiyyəti yoxdur. İstər “Neftçi” olsun, istərsə də, “Zenit”nin əvəzedici heyəti, istər yoldaşlıq oyunu olsun, istərsə də rəsmi, əhəmiyyət kəsb etmir. Yüz faizimi verəcəm. Artıq güvən haqqında danışdım. Amma mən də optimal formaya qayıtmalıyam. Hər ikisi gəlsə, qollar da olacaq, onlarla daha çox oyun vaxtı qazanacam.