"Barselona" gələn ay ABŞ-a yollanacaq.
Sportal.az “ESPN”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Dallasda Meksikanın “Amerika” klubu ilə üz-üzə gələcək. Matç “Kotton Boul” stadionunda keçiriləcək.
Eyni zamanda, dekabrın 20-də “Barselona”nın Primeronun 18-ci turunda “Almeriya” ilə ev matçı keçirməsi planlaşdırılır. Amma Xavi kluba gəlir gətirmək zərurətindən xəbərdar olduğu üçün “Amerika” ilə dekabrda oynamağa razılaşıb.
Bu, "Barselona"nın indiyə qədər dekabrda ikinci yoldaşlıq oyunu olacaq. Belə ki, İspaniya nəhəngi bundan əvvəl, daha dəqiq 2021-ci il dekabrın 14-də Səudiyyə Ərəbistanında "Boka Xuniors"la Dieqo Maradonanın xatirəsinə keçirilən matçda oynamışdı.
saytlarin hazirlanmasi