"Milan"ın futbolçusu: "Hakan Çalhanoğlunun "İnter"lə müqavilə imzalamasına təəccüblənmişdim"

19:44 - 18 Noyabr 2023

"Milan"ın yarımmüdafiəçisi İsmael Bennaser "rossonyerlər”in formasını geyindiyi üçün heç vaxt "İnter"ə keçməyəcəyini deyib.

Sportal.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən əlcəzairli futbolçu vaxtı ilə Hakan Çalhanoğlunun verdiyi qərara da təəccüblənib:

"Heç vaxt “İnter”ə keçməzdim. Çünki “Milan”a çox böyük hörmətim var. Mən heç vaxt “nerazzurri”nin formasının geyinməyəcəyəm. Hakan Çalhanoğlunun “İnter”lə müqavilə imzalamasına təəcücüblənmişdim. Mən “Milan”da əbədi qalacağımı demirəm, amma əminliklə deyə bilərəm ki, heç vaxt “İnter”ə getməyəcəm”.

Bennaser dizindən aldığı zədə səbəbindən bu mövsüm heç bir matçda iştirak etməyib. Ötən mövsüm futbolçu bütün turnirlərdə 40 oyuna çıxıb, 3 qol vurub və iki məhsuldar ötürmə edib.

25 yaşlı futbolçu "Arles", "Arsenal", "Tur" və "Empoli"də oynadıqdan sonra 2019-cu ildə "Milan"a keçib.

Xəbər xətti