"Mən bura Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm"

20:23 - 18 Noyabr 2023

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasını qazanmağın onun üçün vacib olmadığını deyib.

Sportal.az xəbər verir ki, "Cadena Ser"ə açıqlama verən argentinalı mütəxəssis bu turniri qazanmağın çətin olduğunu bildirib:

"Bu, məni bu maraqlandırmır. "Atletiko" heç vaxt Çempionlar Liqasını qazanmayıb. Mən bura Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm. Turnirdə iştirak edəndə bu, sadəcə illüziya və sevincdir. Bunun nə qədər çətin olduğunu bilirik. Mən bunu vəsvəsə kimi hiss etmirəm, çünki vəsvəsə olan hər şey pisdir. Mən bunu illüziya kimi qəbul edirəm. Hamımızda bu hisslər  var".

"Atletiko" bu yaxınlarda baş məşqçisi Dieqo Pablo Simeone ilə müqavilə müddətini 2027-ci ilə qədər artırıb. 

Simeonenin gəlişindən sonra klub səkkiz titul qazanıb: iki La Liqa (2013/2014, 2020/2021), bir İspaniya Kuboku (2012/2013), iki Avropa Liqası (2011/2012, 2017/2018), iki Avropa Superkuboku (2012, 2018) və bir İspaniya Superkuboku (2014). Bu titullar 2014 və 2016-cı illərdə Çempionlar Liqasının iki finalına əlavə edilib.

Xəbər xətti