"Dinamo"nun sabiq forvardı İbrahim Karqbo JR "Kəpəz"ə keçməyə yaxın olub.
Sportal.az saytına verilən məlumata görə, amma onun Gəncə klubuna keçidi baş tutmayacaq.
Buna səbəb isə məşqçilər korpusunun onun xidmətində maraqlı olmamasıdır.
23 yaşlı forvard “Rozelar”, “Dinamo”(Kiyev), “Olimpik”(Donetks), “Çelye”, “Doksa” klublarında oynadıqdan sonra Xorvatiyanın “Solin” klubuna keçib.
Qeyd edək ki, o, "Bakı"nın sabiq kapitanı İbrahim Karqbonun oğludur.