"Milan"ın müdafiəçisi Alessandro Florenzi Turin prokurorlarına qumar oynadığını etiraf edib, amma futbola mərc etmədiyini deyib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli futbolçu bir müddətdir qanunsuz mərc oyunlarında iştirak etməkdə şübhəli bilinirdi.
Amma Florenzinin futbola mərc etdiyinə dair heç bir sübut tapılmayıb. İtaliya millisinin sabiq üzvü qeyri-qanuni olaraq qumar və ya mərc oyunları ilə məşğul olduğuna görə yalnız kiçik cərimə tətbiq olunacaq.
32 yaşlı futbolçu "Roma", "Krotone", "Valensiya", PSJ-də oynadıqdan sonra 2022-ci ildə "Milan"a keçib. O, 2012-2022-ci illərdə İtaliya millisində 49 matça çıxıb 2 qol da vurub.
saytlarin hazirlanmasi