"Real" Karlo Ançelottinin müqavilə müddətini artırmaq istəyir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" italiyalıya 2 illik yeni müqavilə təklif etmək niyyətindədir.
Bu, klubun prezidenti Florentino Peresin təşəbbüsüdür.
Təcrübəli məşqçiyə “1+1” sistemi üzrə və ya birbaşa 2 illik təklif irəli sürüləcək.
Onun “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bundan sonra o, böyük ehtimalla Braziliya millisinə rəhbərlik edəcək.
saytlarin hazirlanmasi