Azərbaycan kuboku: "Göygöl" və "Lerik" növbəti mərhələdə

16:56 - 18 Noyabr 2023

Bu gün Azərbaycan kubokunda 2023/24 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, birinci təsnifat mərhələsinin matçları keçirilir.

"Füzuli" "Lerik"ə 0:1 uduzub. "Şahdağ Qusar" isə "Qusar" səddini penaltilərlə keçə bilib (0:0, penaltilər seriyası 5:4). 

"Göygöl" "Dinamo"ya 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni qazanıb. 

18 noyabr (şənbə)

“Füzuli” – “Lerik” - 0:1
Qol
: Rəvan Quluzadə, 58
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”

“Qusar” – “Şahdağ Qusar” - 0:0 (penaltilər seriyası - 4:5)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança)

“Göygöl” – “Dinamo” - 2:1
Qollar
: Ziyabil Məmmədov, 75 (1:0), Vüqar Əşrəfli, 76 (2:0), Valeh Seyidov, 90+1 (2:1)
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu

Qeyd edək ki, digər görüşlər 19-20 noyabr tarixlərində baş tutacaq. 

Xəbər xətti