AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi iştirak edib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis sabah keçiriləcək oyunla bağlı bunları deyib:
"Fikrimcə, komandamız bu günə qədər yaxşı mərhələ keçib. Komanda bütün oyunlarda meydanda tam gücünü qoyub, yaxşı keyfiyyət göstərib. Bu baxımdan çox yaxşı inkişaf etmişik. Amma fikrimcə, daha çox işləməliyik. Yalnız son oyunda qazandığımız nəticə barədə düşünməməliyik. Sabah da eyni uğuru təkrarlamağa çalışmalıyıq. Güclü komandaya qarşı oynayacağıq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Belçika yığmasının Domeniko Tedesko kimi yaxşı məşqçisi var. Fikrimcə, biz də oyunumuzu tapmışıq. Ötən dəfə də qeyd etmişdim ki, biz Avstriya və Belçikaya qarşı yaxşı oynamışdıq. Sadəcə, fərq onda oldu ki, həmin oyunlarda şanslarımızdan yararlana bilmədik. İsveçlə görüşdə isə bunu bacardıq".
saytlarin hazirlanmasi