"Neftçi" və "Zenit" klubları arasında keçirilən yoxlama görüşündən sonra mətbuat konransı keçirilib. Sportal.az xəbər verir ki, Sankt-Peterburq klubunun baş məşqçisi Sergey Semak matçla bağlı fikirlərini bildirib: "İsti qarşılamağa görə təşəkkür edirəm. "Neftçi" ilə oynamaq xoş idi. Səfərə görə rəqib komandanın rəhbərliyinə təşəkkür edirəm. Mübariz yoldaşlıq görüşü oldu. Məncə, azarkeşlər də oyunu bəyəndi. Hamımız razı qaldıq. Yalnız oyunçumuz zədələndi. Amma hamı üçün yaxşı oyun praktikası oldu. Gənc oyunçulara özünü göstərmək üçün imkan verildi".
- "Neftçi" Reziuan Mirzovun qolları ilə qələbə qazandı. Uzun illərdir ki, Rusiyada oynayıb. Bu taleyin ironiyasıdır ki, "Zenit"ə qolları məhz rusiyalı legioner vurdu?
- İkinci qolu yaxşı vurdu. Gözəl qol münasibəti ilə onu təbrik edirəm. Meydana çıxan gənclərimiz həmin məqamda yaxşı performans göstərmədilər. Onu da nəzərə almaq lazımdır.
- 19 il əvvəl Bakıya futbolçu kimi gəlib, "Neftçi"yə qarşı oynamışdız. Vida matçını keçirmiş Ruslan Abışov Rusiyada legioner həyatı yaşayıb. Onu necə xatırlayırsız?
- Futbolçu elədir ki, vaxt gəlir karyeranı bitirirsən. Azarkeşlər Ruslan Abışovun qolları və ötürmələri ilə xatırlayacaq. Bakı səfərinə gəlincə, bu lap çoxdan olub. Bu barədə nəsə demək çətindir. Bakıya həmişə böyük məmmuniyyətlə gəlirəm.
- Rusiya klubları UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılıb. Bu, Rusiya futbolunun inkişafına necə təsir edir?
- Çox ciddi təsir göstərmədi. 90 faiz işimiz ölkə kuboku və ölkə çempionatıdır. Avrokuboklar isə bonusdur. Orada oynamaq istəyərdik. Kifayət qədər ciddi yarışlardır. Klubların səviyyəsi də yüksəkdir. Vəziyyət hazırda belədir və öz işimizə fokuslanmışıq.
- "Neftçi" ilə iki dəfə oynamışdız. Rəqibin hansı güclü tərəflərini qeyd edərdiz?
- "Neftçi" yaxşı komandadır. Keçən il mövsümü üçüncü pillədə bitiriblər, hazırda yuxarı pillələr üçün oynayırlar. Onlar Azərbaycan futbolunun ən populyar komandalarındandır. Bizdə də Azərbaycanda da legioner baxımından eyni qaydalar var. Onlar inkişaf kömək edir. Milli komanda da nəticə baxımından irəliləyir. "Neftçi" və "Qarabağ" çox güclü komandalardır, hansı ki, hər il öz səviyyəsini yaxşı mənada göstərir. Bu mənada, "Neftçi" ilə oynamaq, əməkdaşlıq etmək xoşdur. Ümid edirik ki, həm Azərbaycan, həm Rusiya futboluna töhvə verəcək.
- Əvvəllər "Birlik kuboku" var idi və keçmiş sovet ölkələrinin klubları iştirak edir. Rusiya Futbol Federasiyayasına təklif etmək olar ki, müttəfiq ölkələrin təmsilçiləri həmin kubokda iştirak etsin?
- Yaxşı ideyadır. Hər bir klublar hazırlıq dönəmində yaxşı rəqiblər axtarır. Mən buna razıyam. Yayda keçirilmiş "Matç TV" kuboku da yaxşı səviyyədə keçirildi. Azərbaycan və digər ölkələrin klublarını ölkəmizdə görmək xoşdur.
Mirbağırağa
saytlarin hazirlanmasi